AZ

“PAŞA Holding” COP29 çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi ilə tərəfdaşlıq edir

Bakı. Trend:

Ölkənin aparıcı holdinqlərindən olan PAŞA Holding, BMT-nin İqlimDəyişikliyi Konfransı və dayanıqlı inkişaf üzrə məlumatlılıqsəviyyəsini artırmaq məqsədilə BMT-nin Azərbaycan nümayəndəliyi ilətərəfdaşlıq edir.

Belə ki, şirkət öz dayanıqlılıq və iqlim dəyişikliyi baxışıçərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təşkilolunan “29 İqlim söhbəti: COP29-a gedən yol” müzakirələrsilsiləsinə qoşulub.

Sözügedən müzakirələr qlobal iqlim dəyişmələri ilə mübarizəistiqamətində bütün maraqlı tərəfləri bir araya gətirərək dialoqqurmaq məqsədi daşıyır. “29 İqlim söhbəti: COP29-a gedən yol”çərçivəsində maarifləndirmə, əməkdaşlığın təşviqi və mövcud ekolojiproblemlərin həlli üçün effektiv ideyaların təşviqinə yönəlmiş birsıra tədbirlər həyata keçirilir.

PAŞA Holding, öz növbəsində, bu müzakirələrə qoşularaq PAŞA Qrupşirkətlərində çalışan əməkdaşlar, yerli və beynəlxalq media,şirkətin tərəfdaşları və digər auditoriyalar üçün bu seminarlarıntəşkilini və seminarda BMT-nin müxtəlif agentliklərinin mövzu üzrəekspertlərinin iştirakını təmin edəcək.

Qeyd edək ki, PAŞA Holding dayanıqlılıq baxışı çərçivəsindəəlavə təşəbbüslərdə də iştirak etməyi planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
az.trend.az

10Mənbələr