Yaponiyanın Miyadzaki şəhərində Sangyo-keyey Universitetinin ərazisinə ildırım düşməsi nəticəsində iki tələbə ölüb, 16 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, hadisə təhsil müəssisəsinin stadionunda tələbələr arasında futbol yarışı keçirilən zaman baş verib.
\"Hadisə yerinə gələn yanğınsöndürənlər zərərçəkənləri xəstəxanaya çatdırıblar, iki nəfərin ürəyi dayanıb”, - deyə məlumatda bildirilib.