AZ

Binəqədi-Balaxanı yolundakı dairənin yeri dəyişdirilir

Binəqədi-Balaxanı yolunun kəsişməsindəki dairənin yeri dəyişdirilir. 
Avtosfer.az xəbər verir ki, bununla bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Avto FM-ə məlumat verib. 
“Paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq məqsədi ilə Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlanıb. Köhnə dairənin yerində körpü tikintisi aparılır. Böyükşor gölü üzərindən gələn sürücülər təxminən 100-150 metr sağa doğru gedib, orda yeni yaradılan dairədən geriyə dönərək, Mehdiabad-Novxanı qəsəbələri istiqamətində rahat hərəkət edə biləcəklər. 
Uzunluğu 12,7 km olan həmin yolun 6 hərəkət zolağı olacaq. Yolun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır”, - Anar Nəcəfli qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
1
avtosfer.az

2Mənbələr