AZ

ABŞ İsrailin könüllülərə hücumu ilə bağlı araşdırma aparmayacaq - Ağ Ev

Vaşinqtonun İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında Dünya Mərkəzi Mətbəxində (WCK) yardım işçilərini vurması ilə bağlı araşdırma aparmaq planı yoxdur.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.

O, İsrail Müdafiə Qüvvələrinin əməliyyatlarını bu və ya digər şəkildə şərh etmək niyyətində olmadığını bildirib və İsrail rəsmilərinin insidenti araşdırdığını vurğulayıb. "Biz onlardan hərtərəfli, lakin sürətli bir proses keçirmələrini və əldə etdikləri nəticələrlə bağlı şəffaf olmalarını gözləyirik", - Ağ Evin sözçüsü bildirib.

Kirbi jurnalistin müvafiq sualını cavablandıraraq, "bizim ayrıca araşdırma aparmaq planımız yoxdur" deyib.

Aprelin 2-də müxtəlif təbii fəlakətlərin qurbanlarını pulsuz yeməklə təmin edən WCK təşkilatı əməkdaşlarının Qəzza zolağının mərkəzində Deyr əl-Bələhin cənubunda olarkən avtomobillərinin vurulması nəticəsində həlak olduqları barədə məlumat alıb. Ölən 7 nəfərdən 4-ü Avstraliya, Böyük Britaniya, İrlandiya və Polşa vətəndaşlarıdır.

İsrail Müdafiə Qüvvələri "faciəli insan itkisinə səbəb olan hadisə" ilə bağlı araşdırmaya başladığını açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari WCK rəhbərliyinə və vətəndaşları həlak olan ölkələrə başsağlığı verib. O bildirib ki, İsrail Müdafiə Qüvvələri baş verənlərin bütün şəraitini müəyyənləşdirməyə çalışır və gəldiyi nəticələri bölüşəcək.

Turan İSMAYIL

 

Seçilən
80
50
Mənbələr
Şərh ()
Bağla