AZ

“PAŞA Holding” COP29 çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi ilə tərəfdaşlıq edir

Ölkənin aparıcı holdinqlərindən olan PAŞA Holding, BMT-nin İqlim Dəyişikliyi Konfransı  və dayanıqlı inkişaf  üzrə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə BMT-nin Azərbaycan nümayəndəliyi ilə tərəfdaşlıq edir.

Belə ki, şirkət öz dayanıqlılıq və iqlim dəyişikliyi baxışı çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan “29 İqlim söhbəti: COP29-a gedən yol” müzakirələr silsiləsinə qoşulub.

Sözügedən müzakirələr qlobal iqlim dəyişmələri ilə mübarizə istiqamətində bütün maraqlı tərəfləri bir araya gətirərək dialoq qurmaq məqsədi daşıyır. “29 İqlim söhbəti: COP29-a gedən yol” çərçivəsində maarifləndirmə, əməkdaşlığın təşviqi və mövcud ekoloji problemlərin həlli üçün effektiv ideyaların təşviqinə yönəlmiş bir sıra tədbirlər həyata keçirilir.

PAŞA Holding, öz növbəsində, bu müzakirələrə qoşularaq PAŞA Qrup şirkətlərində çalışan əməkdaşlar, yerli və beynəlxalq media, şirkətin tərəfdaşları və digər auditoriyalar üçün bu seminarların təşkilini və seminarda BMT-nin müxtəlif agentliklərinin mövzu üzrə ekspertlərinin iştirakını təmin edəcək.

Qeyd edək ki, PAŞA Holding dayanıqlılıq baxışı çərçivəsində əlavə təşəbbüslərdə də iştirak etməyi planlaşdırır.

Seçilən
94
50
Mənbələr
Şərh ()
Bağla