AZ

Yenidən təşkil edilən Azərbaycan Milli Konservatoriyasının fəaliyyət istiqamətləri müəyyənləşdirilib

Yenidən

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasına çevrilmə yolu ilə yenidən təşkil edilir.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Milli Konservatoriyasının Nizamnaməsi”nə əsasən onun fəaliyyət istiqamətləri müəyyən edilib. Bu istiqamətlər sırasına:

- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

-magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

- doktorantura təhsil səviyyəsində fəlsəfə doktoru proqramı üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması daxildir.

Nizamnaməyə əsasən, Azərbaycan Milli Konservatoriyasının nizamnamə fondu 27024023 (iyirmi yeddi milyon iyirmi dörd min iyirmi üç) manatdır. Konservatoriyanın əmlakı nizamnamə fondundan, təsisçinin ona

verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunda nəzərdə tutulan digər vəsaitdən formalaşdırılır.

Xatırladaq ki, Baş nazir Əli Əsədov “Azərbaycan Milli Konservatoriyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.

Seçilən
88
2
Mənbələr
Şərh ()
Bağla