AZ

Autizm Maarifləndirmə Gününə həsr edilən “Autizmə fərqli baxış” adlı seminar keçirilib – FOTOLAR

Yeni Klinikada 2 Aprel – Dünya Autizm Məlumatlandırma Gününə həsr edilən “Autizmə fərqli yanaşma” adlı seminar keçirilib.

Tədbirdə TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov,

, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov, “Liatris” holdinqin rəhbəri Ruhiyyə Əliyeva və Adler Psixologiya mərkəzinin direktoru Adilə Psixologiya Mərkəzinin direktoru Adilə Mustafayeva və digər qonaqlar iştirak ediblər.

Seminarda açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov dünyada autizm spektri pozuntusu problemi və onun aktuallığı, ölkəmizdə autizm sindromlu insanlara göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verib. O vurğulayıb ki, autizm sindromlu övladı olan valideynlər bəzən öz uşaqlarını ictimaiyyətdən uzaqlaşdırmağa çalışırlar. Ancaq autizmi ictimaiyyət qəbul etməli, onları “xəstə” kateqoriyasından çıxarmalıdır.

Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov autizmin ictimaiyyətdə qarşılanması, autizm sindromlu insanların hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlər ətrafında fikirlərini bölüşüblər.

Xeyriyyəçi Ruhiyyə Əliyeva autizm sindromlu uşaqlarla bağlı fərqli yanaşmanın hər kəsin ailəsindən başlanmalı olduğunu vurğulayaraq, belə həssas uşaqlarla düzgün reabilitasiyanın qurulması üçün mütəxəssis hazırlığının vacib olduğunu qeyd edib.

“Adler”- Psixologiya Mərkəzinin direktoru Adilə Mustafayeva

7 ildir fəaliyyət göstərən mərkəzimizdə yüzlərlə ailəyə ümid işığı olmuşuq. Yeni proqramlarla inkluziv təhsilə hazırlıq kursları təşkil edərək, bu uşaqları orta məktəblərə yola salmışıq. Mərkəzimizin daxilində Azərbaycanda Autizmli uşaqlar üçün bir ilk olan prototip məktəb yaratmışıq.Bizə dəstək olan Təbibə Yeni Klinikaya və tərəfdaşlarımıza təşəkkür edirik.

Tədbir “Pediart” Uşaq və ailə məsləhət mərkəzinin rəhbəri Can Erdoğanın, Dr. Ahmet Aydınalpın, Dr. Gökçe Tanyeri Tokerin və digər məruzəçilərin “Autizmə fərqli baxış”, “Autizmdə təbii müalicə metodları”, “Autizm və neyroiltihab”, “Autizmli uşaqlara psixoloq yanaşması”, “Reabilitasiya prosesində autizmli uşaqlara və onların ailələrinə sosial psixoloji dəstək” mövzularında çıxışları ilə davam edib.

Qeyd edək ki, seminar “Pediart” Uşaq və ailə məsləhət mərkəzi, “Adler” Psixologiya Mərkəzi, “Lovaas” Nitq İnkişaf Mərkəzi, “Venetura” şirkəti və “İlk söz” Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə həyata keçirilib.

Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Rəvanə Ağamirovanın “Ay Laçın” xalq mahnısı ifası ilə yekunlaşıb.

image-iy4a9875 image-iy4a9182 image-iy4a9174 image-iy4a9180 image-iy4a9201 image-iy4a9307 image-iy4a9185 image-iy4a9767

Seçilən
125
2
Mənbələr
Şərh ()
Bağla