AZ

Türkiyədə defolt ola bilər? - Analitik

Rusiya Strateji Araşdırmalar Mərkəzinin (KSM) baş direktorunun birinci müavini Boris Kopeikin bildirib ki, Türkiyənin yaxın gələcəkdə defolt təhlükəsi yoxdur. 

HİT.az xəbər verir k, o, bu barədə "Vedomosti" qəzetinə danışıb.

Ekspertin fikrincə, hazırda Türkiyə iqtisadiyyatının gözlənilən defoltunun heç bir tutarlı səbəbi yoxdur. Ötən il Ankara büdcə xərclərinin artımını məhdudlaşdırmağa və gəlirləri artırmağa nail olub. Həmçinin, Türkiyə Mərkəzi Bankının sərt siyasəti müsbət təsirini davam etdirir. 

"Bu fonda Türkiyənin 2024-cü ildə defolt ehtimalı 4-5%-dən çox olmayacaq", deyə ekspert qeyd edib.

Paşa Məmmədli
 

Seçilən
130
valyuta.az

1Mənbələr