AZ

Türk mütəxəssis tərəfindən elmi məqalələrin hazırlanması ilə bağlı təlimə başlanılıb

Gəncə, 3 aprel, AZƏRTAC

Türkiyənin Ege Universitetinin əməkdaşı Mustafa Özgür Tatar tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup əməkdaşı üçün “Elmi məqalələrin hazırlanması” mövzusunda təlim keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi universitetdə çalışan professor-müəllim heyətinin, təhsil alan magistrant və doktorantların elmi məqalə hazırlama bacarıqlarını inkişaf etdirmək və onları beynəlxalq elmi jurnallarda çap olunacaq məqalələrə qoyulan tələblərlə yaxından tanış etməkdir.

Təlimin ilk günü çıxış edən Mustafa Özgür Tatar məqalə hazırlanarkən sadə dil üslubundan istifadə edilməsinin, məntiqi ardıcıllığın qorunmasının, qrammatik qaydalara riayət edilməsinin əhəmiyyətini vurğulayıb, bu və digər tələblərə cavab verən məqalələrin daha oxunaqlı olduğunu bildirib.

Dörd gün davam edəcək təlimin sonunda bütün dərslərdə iştirak etmiş və verilən tapşırıqları yerinə yetirən iştirakçılara sertifikat veriləcək.

Seçilən
108
1
Mənbələr
Şərh ()
Bağla