AZ

Xavi üçün ilk təklif “Ayaks”dan gəlib

"Barselona”nın baş məşqçisi Xavinun gələcək taleyi qeyri-müəyyən olaraq qalır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, mütəxəssis Kataloniya klubundan ayrılacağını açıqladığından, onun yayda İspaniyanı tərk etməsi gözlənilir.

44 yaşlı çalışdırıcı artıq bir təklif də alıb. Belə ki, “Ayaks” onu komandanın sükanı arxasına gətirməyi planlaşdırır. Niderland klubunun rəhbərliyi ispan mütəxəssisin üslubunu bəyənir.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. “Ayaks” isə Niderland çempionatının 27 turundan sonra 44 xalla 5-ci yerdədi.

Seçilən
120
49
Mənbələr
Şərh ()
Bağla