AZ

Türkiyə qran-prisi təqvimə qayıda bilər

Türkiyə yenidən Formula 1 ailəsinə dönmək niyyətindədir. “İstanbul Park”ın yeni rəhbərliyi Türkiyə qran-prisini 2026-cı ildən etibarən Formula 1 təqviminə qaytarmağı planlaşdırır.

Keçirilən tender nəticəsində “Can Bilim Egitim Kurumları” A.Ş. “İstanbul Park”ın fəaliyyətlərinə cavabdeh olan yeni idarəetmə şirkəti olub. Hökumətin müəyyən etdiyi tenderdə iştirakın şərtlərindən biri də, Formula 1 ilə razılığa gəlmək və Türkiyə qran-prisinin 2026-cı ilə qədər çempionat təqviminə qaytarılmasını təmin etmək öhdəliyi olub.

Şirkət “İstanbul Park”dan növbəti 30 il ərzində istifadə hüququ üçün 118 milyon dollar ödəyib.

Digər bir məlumata görə, FOM və F1 nümayəndələri yaxın vaxtlarda trassa baş çəkərək onun vəziyyətini təqvimə daxil edilmə kontekstində qiymətləndirəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
futbolinfo.az

1Mənbələr