AZ

“Bir ildir çağırılmadığım üçün öz içimdə milli ilə vidalaşdım”

"Bir ildir çağırılmadığım üçün öz içimdə milli komanda ilə vidalaşdım".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Maksim Medvedev “metaratings.ru” saytına müsahibəsində deyib.

34 yaşlı müdafiəçi yığmaya azarkeş marağının az olmasını zəif nəticələrlə əlaqələndirib:

“Dəstək azdır, çünki millinin nəticələri zəifdir. Yaxşı motivasiya lazımdır.

Yeddi ildir məzuniyyətim olmayıb. Çünki məzuniyyət günlərini millinin düşərgəsində keçirmişəm.

Hər yerdə vaxtında olmaq lazımdır. Onsuz da, psixoloji cəhətdən çətin idi”.

Maksim Medvedev 2009-2022-ci illərdə Azərbaycan millisinin heyətində 81 oyun keçirib, 4 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
sportinfo.az

1Mənbələr