AZ

Azərbaycanda 30-cu ev məğlubiyyətini alan komanda onlardır

“Sabah” Azərbaycan çempionatlarında 30-cu ev məğlubiyyətini alıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXVIII turunda gerçəkləşib.

Bakı klubu öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzub. “Sabah” doğma arenasında keçirdiyi 84-cü matçda 30-cu dəfə xalsız qalıb

. Digər görüşlərdə 34 qələbəsi olan paytaxt klubu 20 heç-heçə edib.

“Sabah” ilk ev məğlubiyyətini 2018/2019 mövsümündə alıb. 2018-ci il avqustun 19-da bakılılar “Sumqayıt”a 1:4 hesabı ilə uduzublar.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla