AZ

Azərbaycanlı futbolçu baş məşqçisiz qaldı – Türkiyədə

Azərbaycanlı futbolçu Sertan Taşkının çıxış etdiyi Türkiyənin "Manisa" klubu baş məşqçisi Mustafa Dalcı ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, ötən ilin yayından "Manisa"nı çalışdırırdı.

Sertan Taşkın bu ilin yanvar ayındaMustafa Dalcının istəyi ilə "Manisa"ya keçib.

Seçilən
103
6
Mənbələr
Şərh ()
Bağla