AZ

“Transfermarkt” ən ucuzlaşmış futbolçuların onluğunu açıqladı

“Transfermarkt” internet-portalı yaz yeniləməsinin nəticələri əsasında transfer dəyərini ən çox itirmiş futbolçuların siyahısnı dərc edib.

Arena.az məlumat verir ki, “Bayern”in və Almaniya yığmasının dayaq yarımmüdafiəçisi Yozua Kimmix transfer dəyərini ən çox itirmiş futbolçudur.

Kimmixin transfer dəyəri 15 milyon avro məbləğində ucuzlaşaraq, 60 milyon avro məbləğinə düşüb. Həmçinin “Bayern”in 4 futbolçusunun siyahıda yer alması diqqət çəkir.

Transfer dəyəri ən ucuzlaşmış oyunçuların onluğunu təqdim edirik:

  1. Yozua Kimmix (“Bayern”, 60 (-15) milyon avro);
  2. Moyses Kaysedo (“Çelsi”, 80 (-10) milyon avro);
  3. Pedri (“Barselona”, 80 (-10) milyon avro);
  4. Frenki de Yonq (“Barselona”, 70 (-10) milyon avro);
  5. Leroy Zane (“Bayern”, 70 (-10) milyon avro);
  6. Markus Raşford (“Mançester Yunayted”, 60 (-10) milyon avro);
  7. Alfonso Deyvis (“Bayern”, 60 (-10) milyon avro);
  8. Randal Kolo Muani (PSJ, 70 (- 10) milyon avro);
  9. Dayoçankul Upamekano (“Bayern”, 50 (-10) milyon avro);
  10. Jül Kunde (“Barselona”, 50 (-10) milyon avro).
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
arena.az

1Mənbələr