AZ

Bölgəmizdə yeni, çirkin oyuna başlamaq istəyirlər: Bakı buna imkan verməyəcək

Rəsmi Bakı heç zaman Brüssel və Vaşinqtondan İrəvankimi qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etniktəmizləmənin qurbanı olduğu halda və hətta BMT TəhlükəsizlikŞurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam vəqeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heçzaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb.

Aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərəkkonfransı Cənubi Qafqazda sülh və stabilliyin bərqərar olmasıəvəzinə, gərginliyin daha da artmasına, Ermənistanın revanşizmniyyətlərinin güclənməsinə, rəsmi İrəvanın ordusunu sürətləsilahlandırmaq kimi təhlükəli planlarının Qərb tərəfindəndəstəklənməsi ilə yeni çağırışlarla risklərin formalaşmasına səbəbola bilər.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Brüsseldə keçiriləcəkgörüşün İrəvana hərbi dəstək məsələsi, həmçinin, ParisinErmənistanın hərbiləşdirilməsi planlarını əhatə etməsindənnarahatdır.

Azərbaycan XİN-nin məsələ ilə bağlı yaydığı bəyanatda deyilirdi:"Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi,Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbitəchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla)dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər birüzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığındərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, AvropaSülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsiplanları və aprelin 5-də keçiriləcək toplantının hərbikomponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıqdoğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat alətikimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, KanadanınAİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinəmalikdir. Bu addımlar, həmçinin, AİEM-i çəkindirici qüvvəadlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsibarədə illüziya yaradan bəyanatlarla müşayiət olunur.

Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onunbəzi üzv dövlətlərinin Cənubi Qafqaz regionuna münasibətdə müəyyənyanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildəifadə edib.

Brüssel konfransı, daha doğrusu, baş nazir Nikol PaşinyanınQərbdən aldığı vədlərə tam inanması üçün Ermənistana "total dəstəkverilməsi"nin ehtiva olunduğu ABŞ-Aİ-Ermənistan görüşünün rəsmiBakını qayğılandırdığını Vaşinqton anlayır.

Brüsseldə ABŞ-nin nümayəndə heyətinə başçılıq edəcək dövlətkatibi Antoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyevəzəng vurub.

Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistanarasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdənarahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusdaPrezident İlham Əliyevlə danışaraq, məsələyə aydınlıq gətirilməsinivacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanıniqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətəçatdırıb.

Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə,üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək vəbirgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanıərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqınınAvropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabınaErmənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub.Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimiaddımların, o cümlədən Fransa tərəfindən də Ermənistanınsilahlandırılması siyasətinin regionda silah yarışına rəvacverdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşününAzərbaycana qarşı olmadığını vurğulayıb.

Həmçinin, dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistanahücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamlarıntamamilə əsassız olduğunu vurğulayıb.

... A.Blinken təcrübəli diplomatdır və kazuistik ifadələrdənistifadə edərək, "Brüssel görüşü Azərbaycana qarşı deyil"söyləyir.

Belə deyil.

Əvvəla, Birləşmiş Ştatlar əgər həqiqətən də, Cənubi Qafqazdasülh və stabillik istəyirsə, onda nədən aprelin 2-də Parisdə AntoniBlinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlərnazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazibütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyiolmaqda ittiham edəndə A.Blinken heç bir reaksiya vermədi?!

Axı A.Blinken və ümumiyyətlə, Vaşinqton bilməmiş deyillər ki,Azərbaycan 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanatavə Alma-Ata bəyanatına sadiqdir.

Bundan başqa, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ,Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffafhazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanınhaqlı iradlarına baxmayaraq, təxirə salınmaması Cənubi Qafqazdasülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə,gərginliyin yaranmasına gətirib çıxaracaq.

Aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nindövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursulafon der Lyayen arasında Brüsseldə keçiriləcək görüşdə ErmənistanınAvro-Atlantik məkana inteqrasiyasını sürətləndirmək üçün İrəvanasiyasi, iqtisadi, hərbi və humanitar yardım planının təsdiqlənməsiplanlaşdırılır. Eyni zamanda, MDB üzvü olan ölkələr arasında hələmisli görünməmiş sənədin - Ermənistanla Qərb arasında təhlükəsizliksahəsində əməkdaşlığın razılaşdırılması gözlənilir.

Belə ki, kiberməkanda əməkdaşlıq sahəsində tərəflərABŞ-Ermənistan və Aİ-Ermənistan kiberdialoq formatını işə salmağıplanlaşdırırlar. Bu format həm də kibertəhdidlər və kritikinfrastrukturun mühafizəsi məsələləri sahəsində müntəzəmməsləhətləşmələr üçün platformaya çevriləcək. İrəvan Qərbtərəfdaşlarının köməyilə kompüter insidentlərinə operativ reaksiyaverən qrupların imkanlarını gücləndirmək niyyətindədir. Bu addımfaktiki olaraq Ermənistanın internet və İT infrastrukturunanəzarətin Qərb tərəfdaşlarına keçməsinə gətirib çıxara bilər. Eynizamanda, hibrid və kibertəhdidlərə qarşı mübarizədə avropalılarİrəvana Strateji Kommunikasiyalar üzrə Avropa Əməliyyat İşçi Qrupu- “STRATCOM” ilə əməkdaşlıq təklif edəcəklər.

Brüssel görüşünün "əlamətdar nailiyyəti" Rusiyanınməhdudlaşdırıcı tədbirləri zamanı İrəvanın iqtisadi və sosialnəticələrin öhdəsindən gələ bilməsi üçün Ermənistana büdcədəstəyinin göstərilməsi üçün ABŞ və Avropa İttifaqının əlavəmaliyyə resursları ayırması olacaq. Xüsusilə Qərb tərəfdaşlarıErmənistan hökumətinin aşağı likvidlik və yüksək inflyasiyarisklərini yumşaltmaq səylərini dəstəkləməklə yanaşı, Ermənistanızəruri mal və xidmətlərə, eləcə də strateji istehlak məhsullarınamaneəsiz çıxışı təmin etmək niyyətindədir. Ermənistanın maliyyəsabitliyini yaxşılaşdırmaq üçün İrəvanın xarici borcunun təcilisilinməsi və ya onun restrukturizasiyası variantlarının müzakirəsigözlənilir. Ənənəvi satış bazarlarında fors-major hallar yaranarsa,Aİ Ukraynadakı kimi Ermənistanın kənd təsərrüfatı məhsulları üçünkvotalar haqqında müddəaları nəzərdən keçirməyi planlaşdırır.

ABŞ və Aİ böhranlı vəziyyətlərdə enerji təchizatını təmin etməküçün Ermənistana strateji yanacaq ehtiyatları yaratmağa köməketməyə hazırdır. Ermənistanın elektrik şəbəkələrininmodernləşdirilməsi və enerjiyə qənaət edən texnologiyalardanistifadə etməklə, enerji səmərəliliyi proqramının həyatakeçirilməsi üçün xüsusi yardım fondunun yaradılması nəzərdətutulur.

Enerji təchizatının şaxələndirilməsi və Rusiyadan asılılığınazaldılması məsələsində Ermənistana yardım göstərilməsinə dairrazılığın əldə olunması gözlənilir. Beləliklə, Gürcüstanda“Qızılgül inqilabı”ndan sonra həyata keçirilən plana bənzərErmənistanı Qərbin razılığına çevirmək planı işə düşəcək.

Ən böyük marağı ABŞ və Aİ-nin Ermənistana hərbi əməkdaşlıq vəhərbi yardım planları, o cümlədən, qabaqcıl hərbi texnologiyalarınvə silah sistemlərinin ötürülməsi, Ermənistan ordusu üçün təlimproqramlarının və məşqlərinin sayının artırılması planlaryaradır.

Xüsusilə Ermənistanın hərbi ehtiyaclarını təmin etmək üçün Aİhazırda Rusiya ilə müharibədə Ukraynaya hərbi dəstəyinmaliyyələşdirilməsində əsas alət olan Avropa Sülh Fondunun (EPF)mexanizmlərindən istifadə etməyi öhdəsinə götürür.

Görüşün nəticəsi olaraq Amerikanın Xarici Hərbi Maliyyələşdirməproqramı çərçivəsində Ermənistan ordusunun qabaqcıl hərbi texnikavə texnologiya ilə təmin edilməsi planı razılaşdırılacaq. İlkinmərhələdə ABŞ Ermənistanı müasir anti-dron və hava hücumundanmüdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır. ABŞ-ninBeynəlxalq Hərbi Təhsil və Təlim proqramı vasitəsilə Amerika hərbitəhsil müəssisələrində erməni hərbçilərin hazırlanması vəixtisaslarının artırılması üçün fəaliyyətlər planlaşdırılacaq.

Amerikalılar Ermənistan ordusunun kiçik zabitlərinin peşəkarhazırlığı sahəsində də köməklik göstərəcəklərinə söz verirlər.Bundan əlavə, Ermənistan hərbi birləşmələrinin ABŞ SilahlıQüvvələri ilə döyüş effektivliyi və qarşılıqlı fəaliyyətsəviyyəsinin artırılması məqsədilə ABŞ-Ermənistan birgətəlimlərinin sayının artırılması gözlənilir. Gələcəkdə ABŞErmənistanın xüsusi əməliyyat qüvvələrinə, xüsusən də ErmənistanMilli Təhlükəsizlik Xidmətinin guya "ölkə ərazisindən keçənbeynəlxalq kommunikasiyaların mühafizəsinin təşkili" məqsədiləyaradılan xüsusi bölməsinə təlim keçəcək.

Ermənistanın kəşfiyyat xidməti ilə Qərb tərəfdaşları arasındasıx əməkdaşlıq qurmaq planlarını "Frontex" (Aİ Avropa Sərhəd vəSahil Mühafizəsi Agentliyi) ilə Ermənistan Milli TəhlükəsizlikXidmətinin tərkibinə daxil olan erməni sərhədçiləri arasındaplanlaşdırılan dialoqda da görmək olar. Bununla yanaşı, Aİ-ninErmənistandakı missiyasının uzunmüddətli fəaliyyətini təmin etməkvə imkanlarını genişləndirmək məqsədilə Brüssel və İrəvan arasındabirgə səylərin birləşdirilməsi gözlənilir.

Brüssel görüşünün yekunu olaraq tərəflər ABŞ-Ermənistanikitərəfli münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinəyüksəldilməsi üzərində işləməyə başlayacaq, həmçinin Aİ-Ermənistanarasında yeni genişləndirilmiş əməkdaşlıq proqramının qəbulunusürətləndirəcəklər. Bu mənada Brüssel və İrəvan təhlükəsizlik vəmüdafiə üzrə müntəzəm məsləhətləşmələrə başlamağı planlaşdırır.

Fransa kəşfiyyatına yaxın “Intelligence Online” media resursununməlumatına görə, Pentaqon artıq özəl hərbi şirkətlər vasitəsiləİrəvana hərbi yardım göstərmək planlarını həyata keçirməyəbaşlayıb. Xüsusilə nəşrin məlumatına görə, ABŞ Müdafiə Nazirliyininsubpodratçısı, Virciniyadan olan "Culmen International Group"şirkəti artıq Ermənistanın hərbi infrastrukturunun NATOstandartlarına uyğunlaşdırılması üzərində işləyir. Bu şirkətErmənistan Müdafiə Nazirliyinə strateji planlaşdırma və dəstək,silahların tədarükü və logistik təchizat zəncirlərinin yaradılmasıməsələləri üzrə məsləhətlər verir. Şirkətə Ermənistan ordusunun“sovet modeli”ndən “Qərb standartlarına” keçidini təmin etməktapşırılıb. Qərbin təcəssüm etdirdiyi ssenarinin Ukraynada təkrarıvar. Belə ki, Pentaqonla əlaqəli özəl hərbi şirkətlər (PMC) əvvəlcəUkrayna ordusuna təlim keçib.

Beləliklə, Ermənistanın “ukraynalaşması” baş verir - regiondadisbalans yarada biləcək təhlükəli oyun baş verənləri diqqətləizləyən Moskva və Tehranın, eləcə də, Bakı və Ankaranın kəskinreaksiyasına səbəb olacaq, Cənubi Qafqazda yeni ayırıcı xətlərinyaranmasına gətirib çıxaracaq.

Yaşanan proseslərin əsas hədəflərinin sadəcə Azərbaycan yox,İran, Rusiya və Türkiyə olduğu da bəllidir.

Sürəkli olaraq "Cənubi Qafqazdakı qırmızı cizgilərindən bəhsedən İranın çox paradksal sükut nümayiş etdirməsi, Ermənistanərazisində Qərb hərbçilərinin sayının fasiləsiz və həndəsi silsiləilə artdığını müşahidə etməsi rəsmi Tehranın aktivləşməsinizəruriləşdirir.

Ən azı ona görə ki, Qərbin bölgəmizdə başladığı yeni geosiyasioyun və həyata keçirməyə çalışdığı geostrateji ssenari 3-cü DünyaMüharibəsinin ilkin mərhələsinin tərkib hissəsinə, dünya düzənininyenidən bölüşdürülməsinin yeni formatının parçasına bənzəyir.

Qərbi anlamaq "olar": Azərbaycan ərazilərinin 20 faizininişğalda olduğu 30 il ərzindəki "status-kvo" Vaşinqtonu, Brüsseli,Parisi tam təmin edirdi.

Lakin İlham Əliyev neoimperializmin bu mənhus regionalyanaşmasını dağıtdı, yaramaz və ikili standartlara əsaslanansiyasət üzərində qurularaq onillər davam edən reallıqları məhvetdi, yeni geosiyasi reallıqlar formalaşdırdı.

Qərb məhz bununla razılaşmır, buna görə Azərbaycana qarşı bütünistiqamətlərdə təzyiqlərə cəhd edir.

Ukraynadakı müharibədən sonra Cənubi Qafqazda Rusiyaya qarşıikinci cəbhə formalaşdırmaq istəyən Qərbin destruktiv əməllərinəİranla bahəm, Gürcüstan da sükutla yanaşmamalı, Bakının obyektivmövqeyini dəstəkləməlidir.

Rusiya isə təbii, Ermənistandakı proseslərlə bağlı artıq aktivmövqeyini nümayiş etdirəcək, çünki Moskva Ukrayna ilə bağlıproseslərdən dərsini alıb. Rusiya eynən Ukraynadakı kimi astagəldavranarsa, Cənubi Qafqazla da vidalaşacaq.

Ermənistana gəldikdə, Nikol Paşinyaneın yürütdüyü siyasətnəticəsində erməniləri Ukrayna, Suriya və Yəmənin taleyigözləyir.

Nə baş verməsindən, proseslərin hansı məcradaistiqamətlənməsindən asılı olmayaraq, Azərbaycan Cənubi Qafqazdayeni münaqişənin yaranmasına, qarşıdurmanın alovlanmasına,Ermənistanın revanş yanğısı ilə "hərbi dirçəliş"inə imkanverməyəcək.

Bu, bizim qəti və son mövqeyimizdir.

Seçilən
126
2
az.trend.az

3Mənbələr