AZ

115 illik yubileyinə iki ay qalmış vəfat etdi - FOTO

Dünyanın ən yaşlı adamı Xuan Visente Peres Mora 114 yaşında (+339 gün) vəfat edib. Xuan Visebte Ginnesin Rekordlar Kitabına düşüb. O, dünyanın ən yaşlı kişisi idi.

 

Sfera.az bildirir ki, Xuan Visente Peres Mora iki dünya müharibəsi və pandemiyadan sağ çıxıb. O, soyuqdəymə nəticəsində yaranan ağırlaşmalardan (pnevmoniya) dünyasını dəyişib.

 

Keçmiş fermerin 11 uşaq, 41 nəvə, 18 nəticə və 12 kötücədən ibarət böyük ailəsi olub.

 

Xuan həyat yoldaşı Ediofina del Rosario Garcia ilə 60 il evli olub. Qadın 1997-ci ildə vəfat edib. 

 

Xuan bir dəfə müsahibəsində bildirib ki, qocalmamasının səbəbi müntəzəm olaraq hər gün “aguardiente” kimi tanınan bir stəkan ispan spirti içməkdir.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
sfera.az

1Mənbələr