AZ

Zabrat qəsəbəsində qəbirlər suyun altında qalıbVİDEO

Sabunçu rayon, Zabrat qəsəbəsində qəbirlər suyun altında qalıb.

Xezerxeber.az-ın məlumatına görə, 100 ildən də çox yaşıl olan bu məzarlıqda belə vəziyyətin illərdir ki, davam etdiyi bildirilir.

“Zabrat - 2” qəbristanlığında şahidi olduq ki, bəzi qəbirlər, xüsusən də yeni məzarlar daha hündürdə düzəldilib. 

Məsələ ilə bağlı Zabrat bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, 100 il əvvəl salınmış bu məzarlıqda kanalizasiya sistemi olmadığından, qrunt sularının çoxluğu vəziyyəti bu yerə gətirib çıxarıb. Ərazidə suyu çəkmək üçün motorlar var. Əgər onlar olmasaydı, vəziyyət daha acınacaqlı hal ala bilərdi. O da bildirildi ki, əraziyə kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulub. Bundan sonra məsələ birdəfəlik həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
113
17
Mənbələr
Şərh ()
Bağla