AZ

“Fransa xarici işlər naziri yalan danışır” – Prezident

“Fransa xarici işlər naziri yalan danışır”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Dövlət başçısı aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib.

Həmçinin Prezident Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.

Seçilən
126
13
busaat.az

10Mənbələr