AZ

Türkiyə XİN Ermənistan-Aİ-ABŞ görüşünə dair bəyanat yaydı

Bakı. Trend:

Azərbaycanın II Qarabağ müharibəsi ilə işğal altındakıtorpaqlarını azad etməsi və Qarabağda 19-20 sentyabr 2023-cü iltarixlərində həyata keçirdiyi antiterror tədbirləri ilə bütünölkədə suverenliyini bərpa etməsi nəticəsində regionda daimi sülhvə sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlərNazirliyinin aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-ABŞ-Aİüçtərəfli görüşünə dair bəyanatında deyilir.

Qeyd edilib ki, bu tarixi fürsətin uğurla nəticələnməsinə çoxyaxın olduğumuz bir dönəmdə üçüncü tərəflərin, xüsusən dəqeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması vəprosesə zərər vurmamaq üçün ehtiyatlı davranması dahaönəmlidir:

"Bu kontekstdə 5 aprel 2024-cü ildə keçirilməsi planlaşdırılanErmənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün regionda mürəkkəbproblemlərin həlli üçün əsas götürülməli olan neytrallıqyanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizimborcumuzdur.

Azərbaycanı istisna edən bu təşəbbüs sülhə xidmət etməkdənsə,Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə zəminyaradacaq.

Üçüncü ölkələri proses kontekstində atacaqları addımlardaregionun parametrlərini nəzərə almağa və tərəflərə bərabərməsafədən yanaşma çağırışımızı bir daha təkrar edirik.

İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülhvə sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifahanail olacaq.

Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni etməyədavam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldəolunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davamedəcək".

Seçilən
44
18
Mənbələr
Şərh ()
Bağla