AZ

İftar süfrəsi üçün maraqlı reseptlər

Milli.Az axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:

Közlənmiş pomidor şorbası

Ərzaqlar:

9 ədəd böyük pomidor
5 diş sarımsak
5 yemək qaşığı zeytun yağı
1 ədəd orta boy soğan
5 stəkan isti su
1 yemək qaşığı pomidor pastası
1 az kəklikotu
1 az duz
1 az qara istiot

Hazırlanması:

Pomidorları yuyub, ortadan ikiyə bölüb, üstünə zeytun yağı töküb, əvvəlcədən isidilmiş sobaya qoyun və 30 dəqiqə bişirin. Pomidorları sobaya qoyduqdan 15 dəqiqə sonra sarımsağı sobaya atın. Qovrulmuş pomidoru və sarımsağı sobadan çıxarın, qabıqlarını soyun və əzin. Soğanı kiçik kublara doğrayın və yağda qızardın. Tomat pastası əlavə edin. Soğanlar yaxşıca qızarana qədər bişirməyə davam edin. Bişdikdə əzilmiş sarımsağı əlavə edin. Sonra qovrulmuş pomidor və qaynar su əlavə edin. Pomidorlar yaxşıca bişənə qədər bişirin. Duz və ədviyyat əlavə edin. Qatılaşmağa başlayanda ocaqdan çıxarın və qarışığı blenderə qoyun.

İftar küftəsi

Ərzaqlar:

Küftə üçün:
300 qram qiymə ət
1 ədəd qızardılmış soğan
1 çay stəkanı düyü
1/2 çay stəkanı incə bulqur
1 çay qaşığı kəklikotu
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Digər ərzaqlar:
1 kq. balaca kartof
2 xörək qaşığı yağ
1 xörək qaşığı bibər pastası

Hazırlanması:

Küftə üçün bütün ərzaqları töküb və yaxşıca yoğurun. Küftələri təxminən kartof ölçüsündə yuvarlayın. Kartofun qabığını soyun, yuyun. Yağı və tomat pastasını qazana qoyub qızardın. Kartofu əlavə edib bir az qızardın. Üzərinə 1 litr su əlavə edib qaynadın.Bu zaman küftələrin dağılmaması üçün üzərinə un səpmək olar. Su qaynadıqdan sonra küftələri yavaşca suya atın və bişməyə buraxın. 15-20 dəqiqə belə bişirin. Sonra ocaqdan götürüb süfrəyə verin. 

Qozlu keks

Ərzaqlar:
Ymurta - 6 ədəd
Şəkər tozu - 1 st.
Duru yağ - 1 st.
Vanil, qabartma tozu 1 ədəd
Un - 1st.
Mannı - 1 st.
Əzilmiz qoz - 1 st.

Şərbət üçün:
2,5 st. şəkər tozu
4 st. su
1 dilim limon

Bəzəmək üçün:
Qaymaq və hind qozu

Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayıb, kənara qoyun. Kənarda yumurtanı mikserlə qarışdırıb, üzərinə şəkər tozunu tökün. Bir az qarışdırdıqdan sonra duru yağ, vanil, qabartma tozu, mannı, un və qozu töküb qarışdırın. Xəmiri yağlanmış qaba töküb, 150 dərəcə isidilmiş sobada 40 dəqiqə bişirin. Bişdikdən sonra 10 dəqiqə saxlayıb, üzərinə şərbət tökülür. Süfrəyə verərkən yanına qaymaq qoyulur, üstünə hind qozu səpilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
108
15
Mənbələr
Şərh ()
Bağla