AZ

Bakının bu rayonunda qaz olmayacaq

Bakının Binəqədi rayonunda qaz təchizatında fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, 7-ci Mikrorayon, Abay Kunanbayev küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 05.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qeyd edilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Abay Kunanbayev, Fərman Məlikov, Süleyman Sani Axundov, İlham Hacıyev küçələrində və Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
29
5
Mənbələr
Şərh ()
Bağla