AZ

Blinkenin zəngi nədən xəbər verir? - Azərbaycanla artıq hesablaşılır (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinkenin zəngi və vəziyyəti izahetməyə çalışması birbaşa Prezident İlham Əliyevin nüfuzunungöstəricisidir. Eyni zamanda, bu həqiqətin ifadəsidir ki,Azərbaycan Cənubi Qafqazda əsas gücdür və həmin gücü hətta bizisevməyənlər belə qəbul edir.

Məsələ bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatıCeyhun Məmmədov bildirib ki, bu zəng Prezident İlham Əliyevin güclübir lider kimi Qərb dövlətləri tərəfindən, ABŞ tərəfindən qəbuledildiyini göstərir.

“Eyni zamanda, bu zəng bir hesabat xarakteri daşıyır. ABŞ kimiböyük bir dövlət Azərbaycanın mövqeyini nəzərə alır və AzərbaycanPrezidentinə zəng edərək, ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlıməlumat verir.

Əlbəttə, bu görüşə qədər Azərbaycan müxtəlif kanallar vasitəsilədəfələrlə bu görüşün bu formada keçirilməsinin düzgün olmadığınıbildirmişdi”, - deyə C.Məmmədov əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Seçilən
73
2
Mənbələr
Şərh ()
Bağla