AZ

“NATO Ukraynadakı münaqişənin bir hissəsi deyil” – Stoltenberq

“NATO Ukraynaya qoşun yeritmək və münaqişənin bir hissəsinə çevrilmək niyyətində deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, NATO münaqişənin tərəfi deyil və olmayacaq:

“NATO Ukraynaya özünümüdafiə üçün dəstək verir. Bizim Ukraynaya qoşun yeritmək planımız yoxdur, Ukraynadan belə müraciət olmayıb”, – deyə Stoltenberq əlavə edib.

Burhan,

KONKRET.az

Seçilən
126
50
Mənbələr
Şərh ()
Bağla