AZ

Messi sıraya döndü

Lionel Messinin son durumu ilə bağlı xəbər yayılıb.


"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu sıraya dönüb.

“İnter Mayami”nin hücumçusunun bir neçə həftə əvvəl bud nahiyəsindən aldığı zədə sağalıb. Argentinalı futbolçu artıq komanda ilə ümumi məşqləri bərpa edib. Qeyd edək ki, Messi zədə səbəbindən “İnter Mayami”nin MLS-də keçirdiyi son üç matçda iştirak edə bilməyib, həmçinin Argentina yığmasının martda keçirdiyi Salvador (3:0) və Kosta Rika (3:1) ilə yoldaşlıq oyunlarını buraxıb.

36 yaşlı futbolçu bu mövsüm ABŞ klubunun heyətində 5 oyuna keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Seçilən
79
50
Mənbələr
Şərh ()
Bağla