AZ

Prezident İlham Əliyev Seneqal Prezidentini təbrik etdi

Bakı. Trend:

Prezident İlham Əliyev Seneqal Respublikasının PrezidentiBassiru Diomaye Fayeyə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Seneqal Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınızmünasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, dost Seneqal xalqınınrifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan-Seneqal dostluq əlaqələri xoş ənənələrə malikdir.Ölkələrimizin həm ikitərəfli qaydada, həm də beynəlxalqtəşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsindəsəmərəli əməkdaşlığı məmnunluq doğurur.

Müasir dövrdə hələ də davam edən neokolonializm siyasətininaradan qaldırılması istiqamətində Sizin apardığınız qətiyyətlifəaliyyət təqdirəlayiqdir. Azərbaycanın Qoşulmama Hərəkatınasədrliyi dövründə təsis olunmuş Bakı Təşəbbüs Qrupuna dəstəyinizkolonializmə və onun yeni formalarına qarşı mübarizənin aparılması,müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlarının qorunması vəonların təbii hüquqlarının təmin edilməsi naminə səylərinizin bariztəzahürüdür.

İnanıram ki, Azərbaycan ilə Seneqal arasında münasibətlərinxalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluqməcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəliəməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgəsəylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Seneqal Respublikasının millibayramı

– Müstəqillik Günü münasibətilə də Sizi və xalqınızı öz adımdanvə Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimiarzularımı çatdırıram".

Seçilən
30
4
Mənbələr
Şərh ()
Bağla