AZ

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunda qazın verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Oxu.Az-a “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, 7-ci Mikrorayon, Abay Kunanbayev küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 05.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Abay Kunanbayev, Fərman Məlikov, Süleyman Sani Axundov, İlham Hacıyev küçələrində və Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Eyni zamanda, Biləsuvar rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan daşıyıcı kəmərdə yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar 19 yaşayış məntəqəsi olmaqla 16 000 abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Seçilən
37
8
Mənbələr
Şərh ()
Bağla