AZ

Türkiyədə qanunsuz küçə aksiyaları ilə bağlı 340 nəfər saxlanılıb

Türkiyənin 14 əyalətində Separatçı Terror Təşkilatı (BTÖ) adından qanunsuz küçə aksiyalarında iştirak edən 340 şübhəli \"BOZDOĞAN-20” əməliyyatı çərçivəsində saxlanılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, saxlanılanlar arasında 31 martda keçirilən bələdiyyə seçkilərindən sonra Van şəhərində terrorçulara dəstək şüarları səsləndirən və polisə müqavimət göstərən şəxslər də var.
Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla