AZ

Şamaxıda bədbəxt hadisə ölümlə nəticələnib

Şamaxı, 4 aprel, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxıda “Azərişıq” ASC-nin əməkdaşını elektirik cərəyanı vurub.

AZƏRTAC xəbər verrir ki, hadisə rayonun Sabir qəsəbəsində baş verib. İlkin məlumata görə, qəsəbədə borc səbəbi ilə elektirik enerjisi kəsilmiş vətəndaşın işığı qoşulan zaman Şamaxı sakini 57 yaşlı Arif Dəmirovu yüksək gərginliyi olan elektrik cərəyanı vurub. Hadisə nəticəsində A.Dəmirov iş başında vəfat edib.

Ölümün dəqiq başvermə səbəbi aparılan araşdırmaların sonunda bilinəcək.

 

Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla