AZ

Əlcəzairdə Benzianı fərqləndirdilər

“Qarabağ”ın futbolçusu Yassin Benzia ölkəsi Əlcəzairdə ayın ən yaxşı oyunçusu adına namizədlər sırasında yer alıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi ötən ay yığmada keçirdiyi iki oyunda üç qol vurub, bir məhsuldar ötürmə edib. Qalib azarkeşlər arasında keçiriləcək sorğu əsasında müəyyənləşəcək.

Benzianın "ən yaxşı" adı uğrunda rəqibləri "Vitess"dən Anis Mussa və "Vulverhempton"dan Ayt Nuridir.
Seçilən
83
Mənbələr
Şərh ()
Bağla