AZ

“Intel”in böyük maliyyə itkiləri üzə çıxdı

Tarix: 4 Aprel 2024 20:26

"Intel" ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) maliyyə hesabatını təqdim edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, 2023-cü ildə şirkətin prosessorların istehsalına cavabdeh olan bölməsinin əməliyyat itkiləri yeddi milyard dollara çatıb. Müqayisə üçün bir il əvvəl bu rəqəm 5,2 milyard dollar olub.
Eyni zamanda, bölmənin 2023-cü ildə gəliri 18,9 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 31% azdır.
Bu xəbərin fonunda "Intel"in səhmləri 4,3% ucuzlaşıb.
Milli.Az

Seçilən
81
2
Mənbələr
Şərh ()
Bağla