AZ

ERMƏNİSTANDA PAŞİNYANIN RUSİYA İLƏ QƏRB ARASINDAKI QARŞIDURMAYA TƏSİRİNDƏN DANIŞIBLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel konfransına səfəri regionda Rusiya ilə Qərb arasında qarşıdurmanı gücləndirəcək.Tezadlar.az xəbər verir ki, bunu respublikanın keçmiş prezidenti Serj Sarkisyan deyib.Sabiq dövlət başçısının sözlərinə görə, buna səbəb Paşinyanın ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşü olacaq. Eyni zamanda, Sarkisyan başqa geosiyasi şəraitdə bu hadisənin İrəvan üçün faydalı ola biləcəyi fikrini bildirib.Ermənistanın eks-prezidenti onu da bildirib ki, təsdiq olunmamış məlumatlara görə, Ermənistana maliyyə yardımı vəd ediləcək.“Lakin mən hesab edirəm ki, Ermənistanın bu görüşdən gözləntiləri ABŞ və Aİ-dən suveren ərazilərimizin azad edilməsinə kömək istəməsi olmalıdır. Biz əsir və girovlarımızın azad edilməsini xahiş etməliyik”, - Sarkisyan yekunlaşdırıb.Bundan əvvəl mətbuatda Paşinyanın Brüssel səfərinin yeni təfərrüatları ortaya çıxıb. Belə ki, Ermənistanla ABŞ və Avropa İttifaqı arasında hərbi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığı genişləndirmək planı məlum olub.E.ŞİRİNOV

Seçilən
22
50
Mənbələr
Şərh ()
Bağla