"Fransa mümkün qədər tez NATO-dan çıxmalıdır".
"Unikal" xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.
Onun sözlərinə görə, getdikcə NATO-da qalmaq son dərəcə təhlükəli olur.
Partiya lideri ABŞ-nin dövlət katibi Entoni Blinkenin Ukraynanın alyansa üzv olması ehtimalı ilə bağlı sözlərinə belə cavab verib: "Dəli və çox təhlükəli Amerika bəyanatı! <…> Gəlin özümüzü bu tələdən mümkün qədər tez qurtaraq, NATO-nu tərk edək və sülhü bərqərar edək".
Siyasətçinin fikrincə, ABŞ-nin hərəkətləri dünyanı Üçüncü Dünya Müharibəsinə yaxınlaşdırır, onun ilk qurbanları Avropa ölkələri, o cümlədən Fransa olacaq.
Ağarza Elçinoğlu