“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real”la aprelin 9-da keçiriləcək Çempionlar Liqasının 1/4 final matçı ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hazırda “Real”la oyun haqda düşünmədiyini bildirib:
“Hazırda “Real”la oyun haqda düşünmürəm. Premyer Liqada 18 xal fərqimiz olsaydı, o zaman bütün diqqətimi “Real”a yönəldərdim. Amma yox, üçüncü yerdəyik və zirvədən çox da uzaq deyilik. Xal itirsək, titul qazanmaq demək olar ki, mümkün olmayacaq. 9 ay döyüşdük, niyə indi diqqətimizi yayındırmalıyıq?”
“Mançester Siti” Premyer Liqada 31 turdan sonra 67 xal toplayıb və 3-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin EtiketlərMançester Siti Qvardiola
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta