AZ

"Barselona"dan ayrılacağını elan edən Xavi: "O bütün həyatımdır"

"Barselona"nın baş məşqçisi Xavi komandaya sevgisini etiraf edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Barselonanı öz dini adlandırıb.

“Barsa mənim bütün həyatımdır, yaşadığım hiss budur. Səhər oyananda Barsa haqda düşünürəm, gecə yatıram və yenə Barsa barədə düşünürəm”, - deyə Xavi bildirib.

Yanvarın 28-də Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqladı. O, "Barselona"nın istiqamət dəyişikliyinə ehtiyacı olduğu üçün bu qərarı klubun idarə heyəti ilə müzakirə etdiyini bildirib.

Xavi 2021-ci ildən "Barselona"ya rəhbərlik edir.


Müəllif: Pərvin Cəfərova
Seçilən
263
49
teleqraf.com

10Mənbələr