Azərbaycanın rayonlarında aprelin 10-dan 11-i günün ikinci yarısınadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə 7Times.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Qazax-Gəncə, Lənkəran-Astara) yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.
Bakıda və Abşeron yarımadasında isə aprelin 11-dən 12-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.