AZ

Oqtay Əsədovun həyat yoldaşı bir ildə Moskvada 14 milyon qazanıb – Rəsmi

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkəti (ООО “АРИЗАРУМ ГРУПП” – 7705176856) 2023-cü ildə əldə etdiyi gəlir açıqlanıb.
Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” ötən il 14 milyon 270 min rubl (260 min manat) gəlir əldə edib.
Qeyd edək ki, əvvəlki – 2022-ci illə müqayisdə “Arizarum Qrup”un gəliri 2,5% artıb.
Ümumiyyətlə son 7 ildir “Arizarum Qrup”un gəlirlərində ciddi dəyişiklik olmur:2017-ci ildə 14 568 000 rubl,2018-ci ildə 13 984 000 rubl,2019-cu ildə 13 919 000 rubl,2020-ci ildə 13 815 000 rubl,2021-ci ildə 14 045 000 rubl,2022-ci ildə 13 924 000 rubl,2023-cü ildə 14 270 000 rubl.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır.
Nizamnamə kapitalı 10 min rubl olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olub.

Seçilən
512
3
paralel.az

4Mənbələr