Rusiya və İran Xarici İşlər nazirliklərinin (XİN) rəhbərləri - Sergey Lavrov və Hüseyn Əmir Abdullahiyan arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
“Rusiya tərəfi bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hücumunu kəskin şəkildə pisləyib ”, - nazirliyin bəyanatında deyilir.
Nazirlər həmçinin beynəlxalq və regional gündəlikdəki məsələlər üzrə koordinasiyanın yüksək səviyyədə saxlanmasına sadiq olduqlarını təsdiqləyiblər.