AZ

Aİ nümayəndəliyi: “Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur”

“Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır”.

Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos “Joxovurd” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Brüssel Ermənistanla Azərbaycan arasında bütün mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir.

“İlk növbədə, 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində iki ölkə arasında sərhədin delimitasiyası lazımdır”, - deyə Maraqos bildirib.

Seçilən
28
12
oxu.az

10Mənbələr