Facemark xarici mənbələrə əsasən istinad edir ki; "Elon Musk" bir tərəfdən "X"-də istifadəçi sayını artırmağa çalışır, digər tərəfdən isə botlara qarşı mübarizəsini davam etdirir. Bu məqsədlə, "Elon Musk" yeni üzvlükləri ödənişli edəcək.
Keçən il "X"-in yeni üzvlük sistemi üzərində işlədiyi məlum olmuşdu. Bu sistem yeni "X" istifadəçilərindən digər yazılarla əlaqə saxlamazdan və ya yazı paylaşmazdan əvvəl ödəniş etməyi tələb edirdI və 1 dollar olaraq təyin edilmişdi. "X" indi bu proqramı daha geniş bölgəyə yaymağa hazırlaşır.
Qısaca, "X" platformasınds mətnlərə kiçik dəyişiklik edilib və əlavə edilib ki, yeni istifadəçilər yazı paylaşmaq, bəyənmək, saxlamaq və ya ona cavab vermək üçün illik ödəniş etməlidirlər. Bununla birlikdə "X", hər kəs üçün daha yaxşı təcrübə yarada biləcəyinə inanır.
Elon Musk isə bu haqda öz "X" profilində açıqlama edib;
"Təəssüf ki, yeni istifadəçilərin yazması üçün kiçik bir ödəniş ödəmək botların amansız hücumunu yüngülləşdirə biləcək yeganə şeydir. Hazırda süni intellekt (və trol fermaları) “Sən robotsan” testindən asanlıqla keçir.” deyə qeyd edib.
Əslində, hesabın yoxlanılması üçün ödənişin alınması yeni bir üsul deyil və bir çox platforma bu üsuldan istifadə edir. Digər tərəfdən, "X"-in yeni istifadəçilərdən ödəniş tələb etməsi "Musk"un platformaya daha çox istifadəçi cəlb etmək planlarını poza bilər. "Elon Musk"un bu strategiyasının necə nəticə verəcəyi isə maraqla gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta