AZ

Erməni aktyoru öldürən Rəsul saxlanıldı

Soçidə komediya aktyoru Amiran Gevorkyanın qətlində şübhəli bilinən şəxs həbs edilib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, Dağıstandan olan 33 yaşlı Artur Rəsulov sağlamlığa ehtiyatsızlıqdan ölümlə nəticələnən ağır xəsarət yetirməkdə ittiham olunur.

Təqsirləndirilən şəxs bildirib ki, Gevorkyanı öldürmək niyyəti olmayıb, hər şey dava zamanı təsadüfən baş verib.

Məhkəməyə təqdim olunan materiallardan məlum olur ki, onlar arasında münaqişə 2024-cü il yanvarın 18-nə keçən gecə "Jemçujina" otelinin yaxınlığında baş verib. Dava zamanı Rəsul ermənini vurub və o, iki metr hündürlükdən yıxılaraq başından ağır xəsarətlər alıb.

Gevorkyan xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra dünyasını dəyişib. Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb və federal axtarışa verilib.

Seçilən
163
3
musavat.com

10Mənbələr