Bakıda kişi su quyusunda boğulub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. 39 yaşlı İlyasov Orxan Nazim oğlu evin həyətində olan su quyusuna düşüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.