AZ

Rusiya əməliyyatları gücləndirdi: Ukraynanın bu şəhərini işğal etməyə çalışır 

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən Çasov Yar şəhərini işğal etməyə çalışır. 


Sfera.az UNİAN-a istinadən xəbər verir ki, son günlər Rusiya şəhərə hücumları gücləndirib və artıq idarə olunan raketlərdən istifadə etməyə başlayıb. 


Məlumata görə, son günlər şərq cəbhəsində vəziyyət bir qədər pisləşib, lakin hələlik ciddi gərginlik yoxdur. Rusiya məqsədinə çatmaq üçün artilleriya vasitələrindən, tanklardan, müxtəlif dronlardan, eləcə də aviasiyadan müntəzəm şəkildə istifadə edir. 


Qeyd edək ki, Rusiyanın bu istiqamətdə hücumları gücləndirməsində əsas məqsədi Donetsk vilayətinin inzibati sərhədlərinə çatmaqdır. Buna görə də Baxmut istiqamətində təzyiq artırılıb.  


Vasif
 

Seçilən
105
1
sfera.az

2Mənbələr