AZ

“Beşiktaş” “Yuventus”un futbolçusu ilə danışıqlara BAŞLADI

Filip Kostiç mövsümün sonunda "Yuventus"dan ayrılmaq istəyir. 

Bizim.Media xəbər verir ki, serbiyalı futbolçu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

"Beşiktaş" 31 yaşlı vingeri transfer etməyə çalışır. İstanbul təmsilçisinin rəsmiləri Kostiçlə danışıqlara başlayıb. Təcrübəli oyunçu Türkiyədə oynamağa isti yanaşır.

Qeyd edək ki, Filip Kostiç bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 29 rəsmi matşda 4 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
bizim.media

1Mənbələr