AZ

Paytaxtda aksiz markası olmayan 1058 qutu siqaret aşkarlanıb

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb.

Bu barədə Bizim.Media-ya DGK-dən bildirilib.

Qeyd edilib ki, aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 1058 qutu müxtəlif növ xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.

Hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
12
bizim.media

10Mənbələr