AZ

Tovuzda qadının üstünə benzin töküb yandırdı

Tovuzda 34 yaşlı qadın tanışı tərəfindən yandırılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini 2002-ci il təvəllüdlü Röyal Tağıyev tanışı, Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək od vurub. Qadın yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə nəticəsində T. Məmmədovanın bədəninin 70-80 faizi 3A dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində  cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Seçilən
122
24
buta.media

10Mənbələr