Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib ki, Qərb ölkələri Vladimir Zelenskini “ləğv etmək” qərarına gələ bilərlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Medvedev Telegram kanalında yazıb.
Deməli,Medvedev Polşada Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsin saxlanılması ilə bağlı xəbərə münasibət bildirib.
...O, bildirib ki, Polşa hakimiyyət orqanları şübhəlinin fəaliyyəti ilə bağlı məlumatı onların ukraynalı həmkarlarından alıb.
Bu şəxsin Polşanın Rzeszow-Jasionka hava limanında təhlükəsizlik məlumatlarını topladığı və Polşa ərazisində Zelenskiyə qarşı sui-qəsdin planlaşdırılmasına kömək etdiyi iddia edilir.
Nazlı