Moskva vilayətinin Balaşixa şəhərində azərbaycanlı iş adamı qətlə yetirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, qətl hadisəsi bu gün səhər radələrində Sverdlova küçəsində baş verib. 61 yaşlı azərbaycanlı iş adamı Mercedes ML markalı avtomobilindən düşəndən sonra maska geyinmiş killer ona yaxınlaşaraq odlu silahdan beş dəfə atəş açıb. Əhmədov hadisə yerində keçinib.
Qətl hadisəsi baş verən zaman iş adamının həyat yoldaşının da avtomobildə olduğu bildirilir.
Killer qətli törətdiyi odlu silahı ataraq hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
N.Əhmədovun Balaşixada 24 saat fəaliyyət göstərən ərzaq mağazasının sahibi olduğu bildirilib.