Pakistan Prezidenti Asif Əli Zərdari Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargah rəisi Metin Gürakı “Pakistan İmtiyaz nişanı” ilə təltif edib.
“İki sahil” xəbər verir ki, bu barədə TSQ-nin mətbuat xidməti bildirib.
“Rəsmi səfəri çərçivəsində Pakistanda olan Baş Qərargah rəisi ordu generalı Metin Güraka Türkiyə ilə Pakistanda arasındakı münasibətlərə və iki ölkənin silahlı qüvvələri arasındakı hərbi əməkdaşlığa verdiyi töhfələrə görə Pakistan Prezidenti cənab Asif Əli Zərdari tərəfindən “Pakistan İmtiyaz nişanı” ilə təltif edilib”, – paylaşımda diqqətə çatdırıb.
Resmî ziyaret kapsamında Pakistan’da bulunan Genelkurmay Başkanı Orgeneral Metin GÜRAK’a, Türkiye ile Pakistan arasındaki ilişkilere ve iki ülke silahlı kuvvetleri arasındaki askeri işbirliğine sağladığı katkılardan dolayı Pakistan Cumhurbaşkanı Sayın Asif Ali ZARDARI tarafından… pic.twitter.com/cYxansWEGc
— TSK (@TSKGnkur) April 20, 2024