Meksika əsilli amerikalı boksçu Rayan Qarsiya WBC versiyası üzrə yüngül çəki dərəcəsində dünya çempionu Devin Heyni ilə döyüşdən əvvəl sağlam həyat tərzi sürmədiyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
"Mən atəşdən keçməli oldum, amma buna baxmayaraq, lanəyə gəlmiş Heynini məğlub edə bildim. Baxın, mən hər gün içirdim və siqaret çəkirdimş. Amma sadəcə istədiyimi edirdim", deyə Qarsiya bildirib.
Qeyd edək ki, Qarsiya-Heyni döyüşü 12 raund davam edib və Rayan qalib gəlib. Qarsiyanın karyera rekordu 25 qələbə və bir məğlubiyyətdir. O, həvəskar boksda 230 rəsmi döyüş keçirib, 215 qələbə qazanıb və 15 məğlubiyyət alıb.
Yeniyetmələr arasında yüngül çəki dərəcəsində WBC çempionu Devin Heyni isə karyerasında ilk məğlubiyyətini Rayan Qarsiyadan alıb. O, peşəkar debütünü 11 dekabr 2015-ci ildə meksikalı Qonzalo Lopez üzərində ilk raundda texniki nokautla məğlub edərək edib. 2023-cü ilin yayında Heyni avtomobildə qeyri-qanuni olaraq gizlədilmiş odlu silah gəzdirdiyinə görə həbs olunub, lakin Los-Anceles Rayon Prokurorluğu cinayət işi açlmayıb.
Aydın